Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Banco.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,41 dollar və ya 8,5% bahalaşaraq 82,07 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 75,66 ABŞ dolları təşkil edib.
