BVF Çinin iqtisadi böyümə proqnozunu artırıb | Banco.az

BVF Çinin iqtisadi böyümə proqnozunu artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

BVF Çinin iqtisadi böyümə proqnozunu artırıb.

Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında bildirilir ki, inkişaf etməkdə olan bazarlar və iqtisadiyyatlar qrupunda Çin iqtisadiyyatı üzrə artım proqnozu bu il üçün 4,4 faizdən 4,6 faizə, gələn il üçün isə 4 faizdən 4,1 faizə yüksəldilib.

Hesabatda qeyd olunub ki, Hindistan iqtisadiyyatı üzrə bu il üçün artım proqnozu 6,5 faizdən 6,4 faizə endirilib, gələn il üçün isə 6,5 faizdən 6,7 faizə qaldırılıb. Eyni zamanda, Rusiya iqtisadiyyatı üzrə artım gözləntisi həm bu il, həm də gələn il üçün 1,1 faiz səviyyəsində saxlanılıb.

Hesabatda həmçinin qeyd edilib ki, ABŞ və İsrailin 28 fevral tarixində başladığı hücumların hədəfi olan İran iqtisadiyyatının bu il 5,4 faiz kiçiləcəyi, 2027-ci ildə isə 2,9 faiz artım göstərəcəyi proqnozlaşdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram