“Nikoil Bank” ASC-nin səhmdarlarının 21 aprel 2017-ci il tarixli növbədənkənar ümumi yığıncağının qərarına əsasən, Bankın nizamnamə kapitalının artırılması prosesi yekunlaşdırılıb. Nəticədə, Bankın nizamnamə kapitalı 19,24% və ya 35,5 mln. manat artırılaraq 220 mln. manata çatdırılıb.
Bu barədə "Report" Banka istinadən xəbər verilir.
Qeyd edək ki, Nikoil Bank 2016-cı ili 153 mln. manat zərərlə başa vurmuşdu. Cari ilin sentyabr göstəricilərinə görə isə 140 min manat zərərdədir.