Müəllif: Tamara Mustafayeva, Banco.az
Neft 2022-ci ilin əvvəlindən bəri qeydə alınan ən böyük aylıq artımdan sonra ucuzlaşıb.
Banco.az xəbər verir ki, qlobal xam neft bazarının sərtləşmə əlamətləri göstərməsi və bu qədər sürətli bahalaşmanın birdən dayanma ehtimalı yaratması ilə neft qiymətlərində cüzi ucuzlaşma müşahidə olunur.
ABŞ xam nefti iyul ayı ərzində ümumilikdə 16 faiz bahalaşdıqdan sonra yeni aya bir bareli 82 dollardan bir qədər aşağı başlayıb.
Brent markalı neftin bir bareli isə 85,13 dollara satılır.
Bizi sosial şəbəkələrdən izləyin!!