NBC Bank mənfəət qazanan banklardan olmuşdur | Banco.az

NBC Bank mənfəət qazanan banklardan olmuşdur

NBC Bank 30.09.2014 tarixinə olan hesabatlarını açıqlamışdır. Hesabatlara əsasən bankın aktivləri 135 mln manat olmuşdur ki, bu da 2013-cü illə müqayisədə 15% çoxdur. Bankın kreditləri (müştərilərə verilmiş kreditlər - məqsədli ehtiyatlar çıxılmaqla) də 2013-cü illə müqayisədə 16.9% artaraq 111.3 mln manat olmuşdur. Vaxtı keçmiş kreditlərin 6.3 mln manata bərabərdir. Müştərilər tərəfindən cəlb edilmiş depozitlərin həcmi ötən illə müqayisədə 12% artaraq 58,7 mln manat olmuşdur.

NBC Bank`ın məcmu kapitalı yanvar-sentyabr ayları üzrə 49.8 mln manat olmuşdur. Nizamnamə kapitalının ümumi həcmi isə 46,5 mln manatdır. Məcmu kapitalın adekvatlıq əmsalı 41.96%-dir. Qeyd edək ki, Mərkəzi Bank tərəfindən məcmu kapitalın adekvatlıq əmsalı üzrə normativ min. 12% olaraq müəyyənləşmişdir.

Ən sərfəli kredit üçün müraciət et

NBC Bank yanvar-sentyabr ayları üzrə 381 min manat xalis mənfəət qazanmışdır. Bankın faiz gəlirləri 13 mln manat, faiz xərcləri isə 5.6 mln manat olmuşdur.

Ən sərfəli krediti almaq üçün müraciət et