Nazir sahibkarlara verilən güzəştli kreditlərin həcmini açıqladı | Banco.az

Nazir sahibkarlara verilən güzəştli kreditlərin həcmini açıqladı

Ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara verilən güzəştli kreditlərin həcmi açıqlanıb.

Bununla bağlı İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında paylaşım edib.

Nazir bildirib ki, 2020-ci il ərzində 908 sahibkara 127 milyon manatadək güzəştli kredit verilib:

“İqtisadiyyata güzəştli kredit dəstəyi çərçivəsində 2020-ci il ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 908 sahibkara 127 mln. manatadək güzəştli kredit verilib. Bu kreditlər hesabına 2700-dən çox yeni iş yerinin açılması imkanı yaranıb”.

Qafqazinfo

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et