"Moody's" Türkiyənin iqtisadi inkişaf proqnozunu artırıb | Banco.az

"Moody's" Türkiyənin iqtisadi inkişaf proqnozunu artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Moody's” Türkiyə iqtisadiyyatının bu ilki artım proqnozunu 4,5 faizdən 5,3 faizə qaldırıb.

Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinqi agentliyi “Moody's” 2022-ci ilin noyabr ayı üzrə "Qlobal Makro Perspektivlər" hesabatını dərc edib.

Hesabatda Türkiyə iqtisadiyyatına dair avqust ayında qeyd olunan 4,5 faizlik artım proqnozu 5,3 faizlə əvəz edilib.

Gələn il üzrə əvvəlcədən irəli sürülən 2 faizlik artım proqnozunun isə sabit saxlanıldığı hesabatda Türkiyə iqtisadiyyatının 2024-cü ildə 3 faiz böyüməsinin gözlənildiyi qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et