«Mikro kreditləşmə sahəsində liderliyimizi qoruyuruq» - BANK RƏHBƏRİ | Banco.az

«Mikro kreditləşmə sahəsində liderliyimizi qoruyuruq» - BANK RƏHBƏRİ

AccessBank mikro kreditləşmə sahəsində bazardakı liderliyini qoruyur.

Bunu Almaniya - Azərbaycan biznes forumunda çıxışı zamanı AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib.

Onun sözlərinə görə, hazırda mikro kreditləşmə sahəsində bankın bazar payı 52% təşkil edir. Bank rəhbəri qeyd edib ki, yanvar - avqust ayları ərzində bankın mikro kredit portfeli 51 milyon manat artıb.

Ən sərfəli kredit üçün müraciət et

Ötən ilin analoji dövründə artım 29 milyon manat təşkil etmişdi. Cənab Həsənov vurğulayıb ki, ümumilikdə cari ilin qeyd edilən dövründə 194 milyon manat mikro kredit verilib.

Halbuki, ötən ilin müvafiq dövrü ərzində bu göstərici 124 milyon manat olub. Sədr onu da bildirib ki, avqustun sonuna cari mikro kredit portfelinin həcmi 218 milyon manatdır. "AccessBank orta hesabla ay ərzində 6000 mikro kredit verir. Hazırda mikro kredit üzrə müştərilərimizin sayı 55000 nəfəri ötüb", - deyə o vurğulayıb.

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et