Mərkəzi Bank sədrinin yeni müşaviri təyin olunub | Banco.az

Mərkəzi Bank sədrinin yeni müşaviri təyin olunub

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun yeni müşaviri təyin olunub.

Bu məlumatı Mərkəzi Bankda təsdiq ediblər.

Müşavir vəzifəsinə Fərhad Vəliyev təyin olunub. O, bu vəzifəyədək "PAŞA Bank"ın İnzibatçılıq şöbəsini rəhbəri olub.

Xatırladaq ki, Taleh Kazımov aprelin 13-də Azərbaycan Prezidentinin sərəncamı ilə Mərkəzi Bankın sədri təyin olunub.

trend.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram