Hüquqi şəxslərin depozitləri 11% azalıb | Banco.az

Hüquqi şəxslərin depozitləri 11% azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin I yarısında maliyyə sektoru çıxılmaqla depozit portfeli ilin əvvəlinə nəzərən 4.2% artaraq 39.4 mlrd. manat təşkil edib.

Banco.az Mərkəzi Bankın "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir ki, depozit portfeli illik müqayisədə isə 1% azalıb.

Məlumata görə, müddətli depozitlər 8.5% artaraq 17.4 mlrd. manat, cari depozitlərin həcmi isə 1.1% artaraq 22.1 mlrd. manat təşkil edib. I yarımilin sonuna hüquqi şəxslərin cəmi depozitləri 21.6 mlrd. manat (illik 11.1% az) təşkil edib.

Bu dövrdə hüquqi şəxslərin depozitlərində cari hesabların payı 72.2%, müddətli depozitlərin payı isə 27.8% olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram