İlon Maskdan süni intellekt xəbərdarlığı: İnsanlara daha çox pul lazım ola bilər | Banco.az

İlon Maskdan süni intellekt xəbərdarlığı: İnsanlara daha çox pul lazım ola bilər

Müəllif:Mehin Qasımova,Banco.az

"Tesla" və "SpaceX" rəhbəri İlon Mask süni intellekt və robotların iqtisadiyyata təsirinin gələcəkdə ciddi problemlər yarada biləcəyini bildirib.

Banco.az xəbər verir  ki, Maskın fikrincə avtomatlaşdırma istehsalı sürətlə artırsa, insanların gəlirləri eyni tempdə yüksəlməyə bilər.

Bu halda istehsal artımı ilə insanların alıcılıq qabiliyyəti arasında fərq yaranaraq deflyasiya riski güclənə bilər.

O hesab edir ki, süni intellekt və robotlar işlərin daha böyük hissəsini yerinə yetirdiyi bir iqtisadiyyatda insanların mal və xidmətləri almaq üçün kifayət qədər gəlirə sahib olması vacib olacaq. Bu səbəbdən Mask dövlətlərin və iqtisadi sistemlərin insanları maliyyə baxımından dəstəkləməli ola biləcəyini düşünür.

Süni intellektin əmək bazarına təsiri artdıqca, insanların gəliri, məşğulluq və avtomatlaşdırılmış istehsalın yaratdığı məhsullara tələbin necə qorunacağı qarşıdakı illərin əsas iqtisadi müzakirələrindən biri ola bilər.