Mərkəzi Bank iqtisadi artımla bağlı proqnozunu açıqladı | Banco.az

Mərkəzi Bank iqtisadi artımla bağlı proqnozunu açıqladı

Müəllif:Gülnar Əhmədli,Banco.az

Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ildə ölkədə iqtisadi artımın 2,4%, 2027-ci ildə ÜDM artımının 2,9% səviyyəsində olacağını proqnozlaşdırır. 

Banco.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında deyib. 

Qeyd edək ki, proqnoza görə, qeyri-neft-qaz sektorunda ÜDM artımı bu il 4%, 2027-ci ildə isə 4.3% olacaq.