Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da işsizlik müraciətləri ötən həftə azalıb.
Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyinin açıqladığı məlumatlara görə, 11 aprel tarixində başa çatan həftədə ilkin işsizlik müavinətinə müraciətlərin sayı 11 min azalaraq 207 minə enib. Bu, fevral ayından bəri qeydə alınan ən böyük həftəlik azalma olub.
Proqnoz 213 min idi.
Bu azalma işdən çıxarmaların böyük ölçüdə məhdud qaldığını göstərib.
Dörd həftəlik orta müraciət sayı isə 11 aprel tarixində başa çatan həftədə 11 min azalaraq 207 minə geriləyib. Davam edən müraciətlər isə 4 aprel tarixində başa çatan həftədə 31 min artaraq 1 milyon 818 minə yüksəlib.
Açıqlanan rəqəmlər əmək bazarının sabitləşdiyini göstərən digər son məlumatlarla da üst-üstə düşür. Bu ayın əvvəlində açıqlanan ayrıca göstəricilər mart ayında əmək bazarında bərpanın müşahidə olunduğunu və işsizlik səviyyəsinin azaldığını ortaya qoymuşdu.
Bizi sosial şəbəkələrdən izləyin!!
