Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ, Yaponiya və Cənubi Koreya dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir.
Banco.az xəbər verir ki, ABŞ, Yaponiya və Cənubi Koreyadan yüksək səviyyəli hərbi-dəniz qüvvələri rəsmiləri üç ölkə arasında regional dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər.
"Yonhap" agentliyinin xəbərinə görə, Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin komandanı Kim Kyonq-ryul, ABŞ Sakit okean Donanmasının komandanı Stiven Köhler və Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin (MSDF) Baş qərargah rəisi Saito Akira Cənubi Koreyanın paytaxtı Seulda bir araya gəliblər.
Görüş zamanı ABŞ, Yaponiya və Cənubi Koreya arasında dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığın artırılması barədə razılıq əldə edən tərəflər, Şimali Koreyanın nüvə və raket təhdidlərinə qarşı üçtərəfli koordinasiyanın əhəmiyyətini vurğulayıblar.
Bizi sosial şəbəkələrdən izləyin!!
