“Mənim biznes planım” layihəsinə yekun vurulmuşdur! | Banco.az

“Mənim biznes planım” layihəsinə yekun vurulmuşdur!

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi olmuş  “Mənim biznes planım”  adlı layihəmiz uğurla keçirilmişdir.

 Layihə Beyləqan, Saatlı, Sabirabad rayonlarında keçirilmişdir.100 nəfərə yaxın məktəbli bu mövzuda maarifləndirilmişdir.

   Layihənin keçirilməsində əsas məqsəd gəncləri sahibkarlığa, biznes fəaliyyətinə təşviq etmək, bu sahədə biznes planın nə olduğunu və onun vacibliyini anlatmaq idi. Ölkə iqtisadiyyatının inkişafında və qeyri-neft sektorunun şaxələnməsində özəl sektor xüsusi rol oynayır və bu baxımdan, sahibkarlığın inkişafı prioritet istiqamətlərdəndir. Dövlət başçısının "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq, Azərbaycanda innovativ sahibkarlığın stimullaşdırılması və inkişafı üçün özəl bölməyə xüsusi diqqət göstərilir, müxtəlif istiqamətlər üzrə dövlət dəstəyi tədbirləri həyata keçirilir. Təəssüfki, sahibkarların bir çoxu öz bizneslərini qurmaq üçün biznes - planın hazırlanması işini yetərincə tərtib edə bilmirlər. Bir çox hallarda  biznes - planın qurulmasını bacaran şəxslər yetərincə çatışmır. Müəyyən qism sahibkarın isə biznes-plan haqqında anlayışı yoxdur. Müasir dünyada biznes - planın  hazırlanması  müəssisənin  uğur qazanmasında  əsas amil  olduğu  halda  bəzi  biznes  sahibləri  bu  məsələyə  elə də diqqət yetirmirlər. Bir çox hallarda  işin  gedişi  prosesində  ortaya  çıxan  problemlərin  çoxu  məhz  biznes -planın  tərtib  edilməməsindən  ortaya  çıxır. İnanıramki, bu problemin aradan qaldırılması istiqamətində layihəmiz öz müsbət nəticəsini göstərəcək.