Müəllif - Eldar Kərimov/Banco.az
2024-cü ilin yekunlarına görə, qlobal smartfon tədarükləri 6,4% artaraq 1,24 milyard ədədə çatıb. Bu, International Data Corporation (IDC) tərəfindən aparılan ilkin hesablamalara əsaslanır.
Xüsusilə, oktyabr-dekabr aylarında tədarüklər illik ifadədə 2,4% artaraq 331,7 milyon ədədə yüksəlib. Bu, ardıcıl altıncı rübdür ki, satışlarda artım müşahidə olunur.
“Tədqiqat şirkətinin hesabatında qeyd olunur ki, biz 2025-ci ildə bazarın artımını gözləyirik, lakin daha yavaş templə.”
IDC Worldwide Tracker-in araşdırma departamentinin rəhbəri Nabila Popal bildirib:
"2024-cü ildə müşahidə edilən güclü artım, davam edən makroiqtisadi problemlərə, inkişaf etməkdə olan bazarlardakı valyuta dalğalanmalarına, davam edən inflyasiyaya və orta səviyyəli tələbat baxmayaraq, smartfon bazarının dayanıqlılığını sübut edir."
O əlavə edib ki, "Biz 2025-ci ildə də artımın davam edəcəyinə nikbin baxsaq da, ABŞ-ın yeni administrasiyasının mümkün tarif artımı sektorda qeyri-müəyyənliyi artırıb."
Amerikanın Apple Inc. və Cənubi Koreyanın Samsung Electronics şirkətləri, 2024-cü ildə satışların azalmasına baxmayaraq, qlobal bazarda lider mövqelərini qoruyub saxlayıblar.
Qlobal smartfon tədarükləri (milyon ədəd):
Şirkət | 2024-cü il | 2023-cü il | İllik dəyişiklik | 2024-cü ildə bazar payı | 2023-cü ildə bazar payı |
---|---|---|---|---|---|
Apple | 232,1 | 234,4 | -0,9% | 18,7% | 20,1% |
Samsung | 223,4 | 226,7 | -1,4% | 18,0% | 19,5% |
Xiaomi | 168,5 | 146 | 15,4% | 13,6% | 12,5% |
Transsion | 106,9 | 94,9 | 12,7% | 8,6% | 8,2% |
OPPO | 104,8 | 103,4 | 1,4% | 8,5% | 8,9% |
Digər | 402,9 | 358,9 | 12,3% | 32,5% | 30,8% |
Ümumi | 1239 | 1164,1 | 6,4% | 100% | 100% |