“Manatın məzənnəsi sabitdir, gəlirlər artır, inflyasiya aşağı səviyyədədir” | Banco.az

“Manatın məzənnəsi sabitdir, gəlirlər artır, inflyasiya aşağı səviyyədədir”

Prezident İlham Əliyev hökumətin həyata keçirdiyi sosial dəstək proqramı və manatın məzənnəsi ilə bağlı açıqlama verib. 

Yeni DOST mərkəzinin açılışında prezident bildirib ki, xüsusilə son müddət ərzində - keçən il və bu il sosial sahə daha böyük prioritet kimi gündəlikdədir. Ötən il müstəqillik dövründə ən geniş sosial paket təqdim olundu və uğurla icra edildi: «Bu sosial paketin əhatə dairəsi çox geniş idi – 4 milyon 200 min insan dövlət tərəfindən sosial paketlə təmin edildi. Bunun içərisində minimum əməkhaqqının təxminən 2 dəfə, minimum pensiyanın 70 faizdən çox qaldırılması məsələləri var idi.

Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB məkanında lider dövlətdir. Müavinətlər qaldırıldı - bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə. Problemli kreditlərlə bağlı məsələ öz həllini tapdı. Yəni, biz bu məqsədlər üçün milyardlarla manat ayırdıq və dediyim kimi, 4,2 milyon insanın güzəranı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı».

Prezident bildirib ki, bu ilin əvvəlindən həmin meyllər daha da güclənib. Üstəlik manatın məzənnəsi də sabitdir: Bu ilin əvvəlindən bu meyillər daha da güclənibdir. Minimum əməkhaqqı və orta əməkhaqqının, orta pensiyanın artırılması göz qabağındadır. Nəzərə alsaq ki, manatın məzənnəsi də sabitdir, insanların real gəlirləri artır, inflyasiya aşağı səviyyədədir. Ona görə bu sahədə bu il görülən işlər keçən il görülmüş işlərin məntiqi davamıdır».

Prezident bildirib ki, dövlət sektorunda işləyənlərin maaşlarında poblem olmayıb: «Dövlət sektorunda fəaliyyət göstərən 900 min insanın əməkhaqqı tam ödənildi, özəl sektorda təxminən 700 min insanın əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənildi. Nəzərə alsaq ki, bu sektorda fəaliyyət göstərən insanlar işsiz qalmışdılar, işsiz vətəndaşların, aztəminatlı təbəqənin, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən insanların sosial təminatı təşkil edildi, hər birinə 190 manat vəsait ayrıldı.

Ən sərfəli kredit üçün müraciət et

Bu kateqoriyadan olan insanların sayı az deyil, 600 mindir. Bu işlərin hamısı əlbəttə ki, böyük maliyyə resursları tələb edir. Buna ünvanlı sosial yardım proqramını əlavə etsək, bu proqramla əhatə olunan insanların sayı kəskin artır. Hazırda 80 min ailə bu proqramla əhatə olunur və orta hesabla hər bir ailəyə hər ay 220 manatdan çox vəsait ödənilir».

fed

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et