Müəllif - Şəbnəm Mehdizadə, Banco.az
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "ONNEKS" MMC ilə müqavilə imzalayıb.
Banco.az xəbər verir ki, müqavilədə Maliyyə Nazirliyinin rəsmi saytının elektron xidmətlər bölməsinin təkmilləşdirilməsi, yenilənməsi və xidmətdən istifadə qaydaları haqqında təlimatların hazırlanması üçün məsləhət xidmətinin satın alınması nəzərdə tutulur.
Məlumata görə, müqavilənin dəyəri 3850 manatdır.
Bizi sosial şəbəkələrdən izləyin!!