Maliyyə Monitorinqi Xidməti ilə bağlı qaydalara dəyişilik edildi | Banco.az

Maliyyə Monitorinqi Xidməti ilə bağlı qaydalara dəyişilik edildi

Mərkəzi Bankın İdarə Heyəti “Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən məlumatların Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması Qaydaları”nda dəyişikliklər edib.

Bu Qaydalar monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər (monitorinq subyektləri) tərəfindən pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair məlumatların Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması qaydalarını müəyyən edir.

Monitorinq iştirakçıları 20 min manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bu məbləğdən yuxarı pul vəsaitləri və ya digər əmlakla nağd şəkildə həyata keçirilən əməliyyatlar barədə bu Qaydalara müvafiq olaraq Maliyyə Monitorinqi Xidmətinə məlumat təqdim etməlidirlər. Eyni zamanda məbləğindən asılı olmayaraq Azərbaycan ərazisində fəaliyyət göstərən dini təşkilatların, qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin bank hesabları üzrə əməliyyatlar və həmin təşkilatlara xarici mənbələrdən verilən maliyyə vəsaitlərinin hərəkəti barədə Maliyyə Monitorinq Xidmətinə hesabat verilməlidir. Bu məlumatlar dini təşkilatların bank hesabları üzrə əməliyyatlara və həmin təşkilatlara xarici mənbələrdən verilən maliyyə vəsaitlərinin hərəkətinə, eləcə də qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin bank hesabları üzrə əməliyyatlara və həmin təşkilatlara xarici mənbələrdən verilən maliyyə vəsaitlərinin hərəkətinə aid olacaq. Bu Qaydalara əsasən, eyni dərəcədə nəzarət cinayət yolu ilə pul və ya əmlak əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar olan əməliyyatlara, eləcə də barəsində sanksiyalar tətbiq edilməli olan şəxslərlə əməliyyatlara tətbiq edilir.

Ən sərfəli kredit üçün müraciət et

İndiyə qədər bu qeyd olunan hallarda fiziki şəxsin fəaliyyət istiqaməti və peşəsi barədə məlumat Maliyyə Monitorinqi Xidmətinə təqdim olunub. Dəyişikliyə əsasən bundan sonra belə hallarda fiziki şəxsin gəlir mənbəyi barədə məlumat da monitorinq subyektləri tərəfindən Maliyyə Monitorinqi Xidmətinə təqdim olunmalıdır. Eyni zamanda hüquqi şəxsin təsisçisi/səhmdarı haqqında təqdim edilən məlumatların çərçivəsi də genişləndirilib. Bundan sonra hüquqi şəxsin təsisçisi/səhmdarı dedikdə səhmdar kapitalının və ya səsvermə hüququnun 10 və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında səhmdarı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblik başa düşüləcək. Belə təsisçi/səhmdarların adı, soyadı, atasının adı, doğulduğu tarix, e-maili Maliyyə Monitorinqi Xidmətinə təqdim olunmalıdır.

mənbə: apa.az

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et