Maaşın artırılmasını istəyərkən hansı səhvlərə yol verilir? | Banco.az

Maaşın artırılmasını istəyərkən hansı səhvlərə yol verilir?

Əmək haqqının artırılmasını istəyərkən bəzi səhvlərə yol verilir: 

1. “Filankəs məndən daha çox maaş alır, baxmayaraq ki, eyni işi görürük”.  

HR-menecer bu arqumentdən təsirlənməyəcək. Çünki maaş haqqında informasiya konfidensial xarakter daşıyır. 

Həmçinin oxu: İş yoldaşlarımızdan gizlətməli olduğumuz 8 sirr 

2. “Övladım dünyaya gələndən sonra pula ehtiyacım artıb”. Karyerada irəliləməyiniz sizin işgüzar xidmətlərinizin bəhrəsi olmalıdır. Maliyyə vəziyyətiniz prioritet məsələniz olsa belə bunu büruzə verməyin. 

3. “Vəzifəmi qaldırmasanız, işdən çıxacam”. Bu, həqiqət olsa da işəgötürəni təhdid etmək adekvat hərəkət deyil. Rəhbərlər ağılsız deyil, onlar anlayırlar ki, siz maaşınıza yenidən baxılmasını istəyirsiniz. Həm də unutmayın, əvəzolunmaz insan yoxdur. 

4. “Əmək haqqım axırıncı dəfə bir il qabaq artırılıb”. Bəzi müəssisələrdə maaşın qaldırılmasına layiq olmaq lazımdır, bu, vaxt məsələsi deyil”. Odur ki, diqqətinizi müddət deyil, əmək məhsuldarlığı üzərində cəmləyin.  

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Niyə işçiləri nəticəyə görə deyil, səylərinə görə mükafatlandırmaq lazımdır? 

5. “Mən sizinlə artıq üç aydır, işləyirəm. Əmək haqqıma yenidən baxa bilərik?” 

Siz maaşınızı cəmi bir neçə ay əvvəl razılaşdırmısınız. Bunu belə tezliklə etməyin. Ancaq iş şərtləri dəyişdikdə bir ildən qısa müddətdə əmək haqqının artırılması barədə məsələ qaldırmaq etikdir. 

Həmçinin oxu: Əməkdaşlarına ən çox qayğı göstərən şirkətlər 

Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et