“Lukoyl” Qazaxıstandakı neft və qaz yataqlarındakı paya görə 200 milyon dollar ödəyib | Banco.az

“Lukoyl” Qazaxıstandakı neft və qaz yataqlarındakı paya görə 200 milyon dollar ödəyib

Müəllif:Ayşən İmanova/Banco.az

“Lukoyl” şirkəti Xəzər şelfindəki Kələmkas-dəniz, Xəzər və Auezov yataqlarının işlənilməsi üçün Qazaxıstanın milli neft-qaz şirkəti KazMunayQaz ilə birgə layihələrə başlamaq üçün 200 milyon dollar ödəyib.

Banco.az xəbər verir ki, sövdələşmə, həmçinin layihə üçün  şərtləri yerinə yetirdikdən sonra 100 milyon ABŞ dolları məbləğində əlavə mükafatın ödənilməsini nəzərdə tutur.

2023-cü ildə “KazMunayQaz” “Kalamkas-Khazar Operating”in 50%-ni bu yataqların lisenziyalarına sahib olan “Lukoyl”a satıb.

2028-ci ildə “Kəlamkas-Dəniz”, “Xəzər” və “Auezov” yataqlarında hasilata başlanılması planlaşdırılır.

Qeyd edək ki, KazMunayQaz-ın məlumatına görə, Kələmkəs-dəniz və Xəzərin ümumi proqnozlaşdırılan çıxarıla bilən ehtiyatları təxminən 81 milyon ton neft, 22 milyard ton qazdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et