"Kredit faizlərinin birrəqəmli olmasını ən çox Mərkəzi Bank istəyir" | Banco.az

"Kredit faizlərinin birrəqəmli olmasını ən çox Mərkəzi Bank istəyir"

Bankların kredit faizlərinin birrəqəmli olmasını ən çox Mərkəzi Bank istəyir.

Bunu Mərkəzi Bankın baş direktoru Ziya Əliyev deyib.

“Mərkəzi Bankın iştirak etdiyi tədbirlərdə ən çox soruşulan məsələ kredit faizləridir. Bilirik ki, qiymətin formalaşması üçün tələb və təklif amilləri rol oynayır. Faiz isə pulun qiymətidir. Pulun qiymətinin formalaşmasında daha mürəkkəb amillər iştirak edir. Mərkəzi Bank bu bazarda tənzimləyicidir. Biz tənzimləmə çərçivələrini inkişaf etdiririk. Nəzarət tədbirlərini gücləndirir ki, həmin çərçivələrə riayət olunsun. Amma Mərkəzi Bank tələb və təklif amillərini müəyyən etmir”- Ziya Əliyev əlavə edib.

Apa

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et