Koronavirusun müalicəsi üçün bu dərmanın istifadəsinə razılıq verildi | Banco.az

Koronavirusun müalicəsi üçün bu dərmanın istifadəsinə razılıq verildi

Tamara Mustafayeva, Banco.az

"Remdesivir" koronavirusa qarşı razılıq verilən ilk dərman preparatı olub.

ABŞ Qida və Dərman İdarəsi (FDA) cümə axşamı günü Gilead Science tərəfindən istehsal edilən "remdesivir" adlı virus əleyhinə dərman preparatının koronavirus xəstəliyinin müalicəsində istifadə edilməsinə dair rəsmi razılıq verib.

Qeyd edək ki, bu ilin əvvəllərində təcili vəziyyətlər üçün istifadəsinə icazə verilən dərman preparatı o vaxtdan bəri xəstəxanalarda müalicə edilən koronavirus pasientləri üzərində istifadə edilir. Sözügedən dərman vasitəsi ABŞ prezidenti Donald Trampa da verilib.

Həmçinin bildirək ki, bu dərman vasitəsinin koronavirusun səbəb olduğu ölüm hallarını azaltmasına dair heç bir əsaslı sübut yoxdur. Hətta dərman ötən həftə yayımlanan nəticələrə görə, Dünya Səhiyyə Təşkilatı tərəfindən həyata keçirilən araşdırmalarda ölüm faizini azaltmaq baxımından uğursuzluğa düçar olub.

Xatırladaq ki, ABŞ fond birjasında Gilead şirkətinin səhmləri cümə axşamı 4,1 faiz artımla bağlanıb. 

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Tanınmış hava yolu şirkəti sərnişinlərinə COVID-19 sığortası etdirəcək

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et