Köhnə kompüterin sürətini necə artırmaq olar? | Banco.az

Köhnə kompüterin sürətini necə artırmaq olar?

Köhnə kompüteriniz var və onu yeni aldığınız hala gətirmək istəyirsiniz. Bu yazıda bunu sizə izah etməyə çalışacağıq.

Klaviaturada "Windows+R" düyməsini sıxın. Qarşınıza çıxan "işləyir" yerinə "cleanmgr" yazıb "tamam" düyməsinə sıxın. Burada olan hər şeyi seçib "sistem fayllarını təmizlə " düyməsini basırıq.

Daha sonra "Ctrl+Shift+Esc" düyməsini sıxın. Açılan pəncərədən "başlatma" menyusuna daxil olun. Burada yerləşən hər şeyi "qeyri aktiv et" düyməsini sıxın. Xatırlatmaq istərdim ki, bu proses "Windows 10" üçün keçərlidir.

Klaviaturada "Windows+R" düyməsini sıxın, açılan yerə "%temp%" yazıb "tamam" düyməsinə sıxın. Burada olan hər şeyi silin.

"Windows+R" düyməsinə təkrar basın. Açılan yerə "msconfig" yazıb "tamam" düyməsini sıxın. Açılan pəncərədən "önyükləmə" yerinə daxil olun. "Təkmilləşmiş seçimlər"ə daxil olun. "Prosessorların sayını" maksimuma çıxardıqdan sonra "tamam"a basın və "müraciət edin" düyməsini sıxın.

Ən sərfəli kredit üçün müraciət et

Kompüterinizi söndürüb yenidən açın!

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram