Kirayə mənzil mexanizmi nə vaxt - FƏALİYYƏTƏ BAŞLAYACAQ? - AÇIQLAMA | Banco.az

Kirayə mənzil mexanizmi nə vaxt - FƏALİYYƏTƏ BAŞLAYACAQ? - AÇIQLAMA

"Kirayə mexanizminin fəaliyyətə başlaması 2020-ci ildə təmin ediləcək."

Bu İpoteka və Kredit Zəmanət Fondundan bildirilib.

Bundan öncə kirayə mexanizminin Dekabr ayında fəaliyyətə başlayacağı məlumatı yayılmışdı.

Qeyd edilib ki, həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində ölkədə əhalinin yaşayış sahəsi ilə təminatı mexanizmlərinin təkmilləşdirilməsi, şəxsi vəsaiti yetərli olmayan vətəndaşların yaşayış sahələrinə tələbatının ödənilməsi, satmaq öhdəliyi ilə kirayə hüquq münasibətlərinin inkişafının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli Fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edilib. Təsdiq edilmiş Qayda ilə Fond tərəfindən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi ilə bağlı müvafiq mexanizmin yaradılması nəzərdə tutulub.

Ən sərfəli kredit üçün müraciət et

Ötən dövr ərzində Fond tərəfindən kirayə mənzil mexanizminin həyata keçirilməsini təmin etmək məqsədilə hazırlıq işləri həyata keçirilib. Belə ki, mexanizm çərçivəsində mənzil fondu yaradılıb, mexanizmin fəaliyyətini təmin etmək üçün zəruri prosedur və daxili qaydalar hazırlanaraq kirayəçilərə və yaşayış sahələrinə dair tələblər müəyyən edilib. Eyni zamanda, mexanizmlə bağlı iş prosesləri tam avtomatlaşdırılıb.

Fonddan bildirilib ki, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlara ASAN Xidmət Mərkəzləri vasitəsilə xidmət göstəriləcək.

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et