Kasko sığortası bazarına təsir edən mənfi amil nə ilə bağlıdır? | Banco.az

Kasko sığortası bazarına təsir edən mənfi amil nə ilə bağlıdır?

Azərbaycanın KASKO sığortası bazarında mənfi tendensiyalar müşahidə olunmaqdadır.

Bu barədə İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev deyib.

Onun sözlərinə gorə, KASKO sığortası bazarında müşahidə olunan neqativ tendensiyanın 3 səbəbi var: "İlk növbədə bu sahəyə mənfi təsir edən amil manatın devalvasiyasıdır. İkinci amil isə bank kreditlərində azalmanın baş verməsidir. KASKO sığortasının tənəzzülə uğramasının üçüncü səbəbi Azərbaycanda "Avro-4" standartının tətbiq olunmasıdır. Çünki bu standartın tətbiqi avtomobil bazarına da mənfi təsir edib".

Ən sərfəli kredit üçün müraciət et

 

 

 

 

apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et