KARTMANE TAKSİT KARTI İSTİFADƏÇİLƏRİ ÜÇÜN “NOVRUZ PAYI” KAMPANİYASI | Banco.az

KARTMANE TAKSİT KARTI İSTİFADƏÇİLƏRİ ÜÇÜN “NOVRUZ PAYI” KAMPANİYASI

Rabitəbank müştərilərinə daha rahat və sərfəli alış imkanları təqdim etmək məqsədilə Taksit kartı üzrə yeni kampaniyaya start verib. Kampaniya çərçivəsində Kartmane Taksit kartı sahibləri həm gündəlik alışlarını, həm də onlayn ödənişlərini əlavə komissiya ödəmədən rahat şəkildə taksitə bölə biləcəklər.

Yeni kampaniyaya əsasən onlayn alış-veriş əməliyyatları 12 ayadək 0% komissiya ilə taksitə bölünə bilər. Taksit kartı ilə istənilən satış məntəqəsində həyata keçirdikləri nağdsız ödənişlər isə 6 ayadək tam komissiyasız taksitləşdirmək mümkündür. Bu imkan müştərilərə həm gündəlik xərclərini, həm də planlaşdırdıqları alışları daha rahat şəkildə idarə etməyə şərait yaradır.

Kampaniyanın digər üstünlüklərindən biri də nağdlaşdırma üzrə təqdim edilən güzəştdir. Belə ki, kampaniya müddətində Kartmane Taksit kartı sahibləri Rabitəbank-a məxsus ATM-lər vasitəsilə nağd pul vəsaitlərini 0% komissiya ilə nağdlaşdıra biləcəklər.

Kampaniya çərçivəsində Onlayn alış əməliyyatları üzrə isə daha sərfəli şərtlər təqdim olunur: kampaniya müddətində Taksit kartı ilə həyata keçirilən onlayn ödənişlər 3 aydan 12 ayadək komissiyasız (0%) taksitləşdirilə bilər, 12 aydan yuxarı müddətlər üçün isə 1.5% komissiya tətbiq edilir.

Taksit kartı ilə həyata keçirilən nağdsız ödəniş əməliyyatları müştərinin seçiminə uyğun olaraq müxtəlif müddətlər üzrə taksitləşdirilə bilər. Belə ki, ödənişlər 3 aydan 6 ayadək tam komissiyasız (0%), 6 aydan 9 ayadək müddətə 1% komissiya, 9 aydan yuxarı müddət üçün isə 1.5% komissiya tətbiq olunmaqla taksitə bölünür.

Bu kampaniya Rabitəbankın müştərilərinə daha çevik maliyyə imkanları yaratmaq və alış-veriş prosesini daha rahat etmək məqsədilə təqdim olunur. Linkə keçid edərək Kampaniya haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz. https://rbt.az/novruzpayi

Bununla yanaşı Rabitəbank nağd pul kreditləri üzrə “Bahar kampaniyası”nı da təqdim edir və bu çərçivədə müştərilər 50 000 AZN-dək krediti 9.5%-dən başlayan faiz dərəcəsi, 48 ayadək müddət və 0% komissiya ilə əldə etmək imkanı qazanırlar. https://rbt.az/isthlk

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.