Kartmane sahibləri 2020-ci ildə 660 min manatdan çox keşbek qazanıblar! | Banco.az

Kartmane sahibləri 2020-ci ildə 660 min manatdan çox keşbek qazanıblar!

Rabitəbankın eksklüziv üstünlüklərə malik keşbek kartı Kartmane sahiblərini sevindirməyə davam edir. 2020-ci ildə Kartmane sahiblərinin qazandığı keşbek bonusu 660 000 AZN-dən çox olub.

Rabitəbankın 52 mindən çox müştərisi Kartmane vasitəsilə alış-verişdən yerindəcə keşbek bonusları əldə edirlər. Ümumiyyətlə özündə çox sayda üstünlükləri toplayan təkrarsız Kartmane ilə müştərilərimiz istənilən YDM-lərdən 10%, bütün kafe və restoranlardan 5%, hər alış-verişlərdən isə 2% keşbek əldə edə biləcəklər. 400-dən çox tərəfdaş şəbəkəsindən isə Kartmane 25%-dək keşbek təklif edir. Rabitəbankın mobil əlavəsi isə Kartmane sahiblərinin işini bir az daha rahatlaşdırır. “Rabita Mobile”ın rahat funksionallığı sayəsində qazanılmış keşbek bonuslarını asanlıqla izləmək və kartın balansına köçürmək mümkündür.

Kartmane sayəsində qazancınız təkcə keşbek məbləği deyil, həmçinin, kartdakı pulun qalığına 6% əlavə olunacaq və həmin vəsaiti heç bir əmanət cəriməsi ödəmədən nağdlaşdırmaq mümkün olacaq. Təkcə 2020-ci ildə Kartmanenin müştərilərə qazandırdığı depozit gəliri 354 772 AZN olub.

Kartmane “Telegram” kanalı vasitəsilə Bankın tərəfdaşlıq etdiyi mağazalar şəbəkəsinin özünəməxsus və Kartmaneyə özəl kampaniyaları barədə operativ bildirişlər almaq mümkündür. Kartmane ilə məbləği nağdlaşdırmaq da sərfəlidir - istənilən bank ATM-dən ayda 5 dəfə komissiyasız nağdlaşdıra bilərsiniz.

Siz də Kartmane sifariş edərək harada olmağınızdan asılı olmayaraq üstünlüklərlə yaşayın. Onlayn sifariş zamanı kartın çatdırılması ödənişsizdir. Sifariş etmək üçün heç yerə getmədən və heç hara zəng etmədən, sadəcə Rabita Mobile tətbiqi, RabitaBot çatbotu və ya rəsmi veb-sayta keçid edə bilərsiniz - http://rbt.az/kart-kesbek

Ən sərfəli kredit üçün müraciət et

"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram