“Juul”un həmtəsisçiləri artıq milyarder deyillər | Banco.az

“Juul”un həmtəsisçiləri artıq milyarder deyillər

Forbes hesab edir ki, “Juul” həmtəsisçiləri Adam Bouen və Ceyms Monsi artıq milyarder deyil. 

Banco.az xəbər verir ki, bu, xüsusən də onlara qarşı aparılan istintaqla əlaqələndirilir. Bu yaxınlarda ABŞ-da “alternativ” tütün çəkməklə əlaqəli olan 18 ölüm hadisəsi qeydə alınıb. 

“Juul”un investorlarından biri olan hedcinq fondu “Darsana Capital Partners” bu yaxınlarda elektron siqaret şirkətinə qoyduğu investisiyanı 38 milyarddan 24 milyard dollara qədər endirdi. Bu, fondun “Juul”a yatırdığı sərmayənin üçdə bir hissəsindən çoxu deməkdir. İnvestorlar bunun səbəblərini ictimaiyyətə açıqlamaqdan imtina etdilər. 

“Juul”un səhmlərinin 35%-i tütün nəhəngi “Altria”ya məxsusdur (Ötən ilin dekabrında şirkət bu səhmlər üçün 13 milyard dollar ödəmişdi). “Altria”nın şirkət səhmlərini alması “Juul”un dəyərini 38 milyard dollara yüksəldib. Bu sövdələşmə Bouen və Monsini şəxsi kapitalı 1,1 milyard dollara qədər artan milyarderlərə çevirdi. 

ABŞ-ın Qida və Dərman vasitələri üzərində sanitar nəzarəti həyata keçirən idarəsi veypinq ilə bağlı xəstəlikləri araşdırmağa başladıqdan sonra “Altria” səhmləri bazar dəyərinin təxminən üçdə birini —30 milyard dollardan çoxunu itirdi. Bu, “Juul” və onun təsisçilərinin kapitallaşmasına da təsirsiz ötüşmədi. 

Ən sərfəli kredit üçün müraciət et

Forbesin məlumatına əsasən, “Juul”un həmtəsisçiləri Adam Bouen və Ceyms Monsi bu gün artıq milyarder deyil — hər birinin sərvəti 900 milyon dolar civarında qiymətləndirilir. 

ABŞ-da təkcə 2019-cu ilin yayında elektron siqaretlərdən istifadə nəticəsində 215 insan xəstələnib. Oktyabrda bu rəqəm min adama qədər artıb. Yeni xəstəlik həkimlərə məlum deyil və sağlamlığa ciddi təhlükə törədir. 

Sentyabr ayının sonlarında “Juul” internetdə, mətbuatda və küçələrdə reklamları dayandırdı. Çünki media yeddi nəfərin ölümündən sonra adı məhkəmə çəkişmələrində hallanan bir şirkətlə əməkdaşlıq etməkdən qorxur. Qeyd edək ki, amerikalı gənclər arasında siqaret çəkmə “epidemiyası” geniş yayılıb. 

Nigar Umaxanlı, Banco.az