Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Maliyyə Nazirliyi oktyabr ayı üçün büdcə balansı hesabatını açıqlayıb.
Banco.az xəbər verir ki, məlumata görə, federal hökumətin büdcə kəsiri 1 oktyabr 2025-ci ildə başlayan və 30 sentyabr 2026-cı ildə başa çatan 2026-cı maliyyə ilinin ilk ayında 284 milyard dollar təşkil edib.
Federal hökumətin 2025-ci maliyyə ilinin eyni dövründə təxminən 257 milyard dollar büdcə kəsiri var idi. Bu, ötən ilin eyni ayı ilə müqayisədə oktyabr ayında büdcə kəsirində 10% artım deməkdir.
Oktyabrda dövlət gəlirləri illik müqayisədə 24 faiz artaraq 404 milyard dollara çatıb. Xərclər 18 faiz artaraq 689 milyard dollara çatıb.
ABŞ-ın büdcə kəsiri 2025-ci maliyyə ilində əvvəlki illə müqayisədə 2 faiz azalaraq 1,775 trilyon dollara düşüb.
Rekord yüksək tarif gəlirləri azalmada mühüm rol oynadı.
