Jurnalistlər bankların təzyiqinə məruz qalır | Banco.az

Jurnalistlər bankların təzyiqinə məruz qalır

Çox zaman oxucular saytların keyfiyyətindən, məlumatın gerçəkliyi tam əks etdirməməsindən və ya tək-tük maraqlı məqalələrin və təhlillərin bankların press-reliz adı altında saytlara yüklətdirdiyi reklamların içərisində itdiyindən gileylənir.

Amma nə yazıq ki, jurnalistlər heç də həmişə gördükləri (yəni subyektiv) gerçəyi və ya bank rəqəmlərini olduğu kimi təhlil edə bilmir.

Məsələn : “bu bank  haqqında mənfi yazmaq olmaz, çünki o, ölkənin ən böyük bankıdır”, “bu bank haqqında pis heç nə yazmaq olmaz, çünki o, partnyordur” “bu bank haqqında nəsə yazmaq olmaz, çünki o nə vaxtsa, qeyri qəti gəcək zamanda bizim partnyor olacaq”, “o bank haqqında yazmaq olmaz, çünki orada dostlarımız çalışır”.

Bütün bunlar az imiş kimi, bank əməkdaşları öz saytlarında dərc olunan hesabatlardan xəbərsiz kimi zəng edir və sanki biz rəqəmləri özümüzdən kəşf edirmiş kimi davranırlar. Və ya dostlarımız mətbuat konfranslarından öncə “bu tip suallar verməyin” deyə məhdudiyyətlər qoyur.

Amma heç bir bank haqqında mənfiləri və yanlışları olduğu kimi yazmasan “yaxşını pisdən necə seçmək olar?”.

Ən sərfəli kredit üçün müraciət et

Sadə bir həqiqət var ki, bankların zərərdə olması, hər hansı bir rüb ərzində və yail ərzində normaldır. İşləyən, innovasiyalara investisiya edən və xərcləyən bank zərərdə ola bilər. Sadəcə bunun mütəmadi hal alması risklidir .

Amma qeyri –müəyyənlik və məlumatların gizlədilməsi həmişə daha pisdir.  Tənqid də, tərif də öz həddində və dozasında olmalıdır.

Necə ki, idman şərhçiləri yekunda oyunun nəticəsindən yazır, biz də sonda hesabatların göstərdiyini deməliyik. Əgər bu gün bir bankın hesabatında öhdəliklərin aktivlərdən çox olduğu göstərilirsə, bizim bu haqda yazmağımız normaldır.  

Onsuz da  banklar bu hesabatları əllərindən gəldiyi qədər manipulyasiya edib, sonra dərc edir.  Heç olmasa manipulyasiya etdikdən sonra verdikləri rəqəmləri açıqlamaqda bizə əngəl olmasalar, biz də özü işimizi daha yaxşı icra etmiş olarıq. 

 

Ən sərfəli krediti almaq üçün müraciət et