"JPMorgan" Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini azaldacağını gözləyir | Banco.az

"JPMorgan" Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini azaldacağını gözləyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“JPMorgan” Türkiyə Mərkəzi Bankından fevral iclasında faiz endirimi qərarı gözləyir.

Banco.az xəbər verir ki, ABŞ-ın transmilli maliyyə təşkilatı “JPMorgan” fevralın 6-da baş vermiş zəlzələlərin Türkiyə iqtisadiyyatına təsirləri ilə bağlı hesabat dərc edib.

Təşkilat Kahramanmaraşda baş verən dağıdıcı zəlzələlərin binalara və infrastruktura vurduğu birbaşa ziyanın ÜDM-in 2,5 faizinə təsadüf etdiyi və ya 25 milyard dollara başa gələcəyini və bu rəqəmin daha da arta biləcəyini hesablayıb.

Hesabatda artımın 2023-cü ilin birinci rübündə daha zəif olacağı, lakin yenidənqurma fəaliyyətlərinin başlaması ilə ilin qalan hissəsində bərpaya səbəb olacağı proqnozlaşdırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Digər tərəfdən, “JPMorgan” TCMB-nin gələn həftə keçirəcəyi pul siyasəti iclasında faiz dərəcələrini daha 100 baza bəndi azaldıb 8 faizə endirəcəyini gözləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et