Azərbaycan mehmanxanalarında gecələmələrin sayı 8%-dən çox azalıb | Banco.az

Azərbaycan mehmanxanalarında gecələmələrin sayı 8%-dən çox azalıb

2026-cı ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz azalaraq 1 807,9 min olub.

Banco.az bu barədə Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gecələmələrin ümumi sayının 58,8 faizi Bakıda, 5,9 faizi Qusarda, 5,5 faizi Naftalanda, 3,4 faizi Qəbələdə, 3,1 faizi Qubada, 3,0 faizi Lənkəranda, 2,1 faizi Xaçmazda, 1,9 faizi Gəncədə, 1,8 faizi Şuşada, 1,5 faizi Şamaxıda, 1,2 faizi Naxçıvan Muxtar Respublikasında, 1,1 faizi Şabranda, 1,1 faizi Masallıda və 9,6 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

2026-cı ilin yanvar-iyun aylarında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı ötən ilin eyni dövrü ilə  müqayisədə 10,3 faiz azalaraq 1 069,8 min olub ki, bu da ümumi gecələmələrin 59,2 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 14,1 faizi Türkiyə, 13,0 faizi Rusiya Federasiyası, 7,1 faizi Hindistan, 6,9 faizi İsrail, 4,6 faizi Səudiyyə Ərəbistanı, 4,6 faizi Çin, 4,1 faizi Qazaxıstan, 3,9 faizi Özbəkistan, 3,8 faizi Pakistan, 2,4 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,3 faizi Böyük Britaniya, 2,3 faizi ABŞ, 1,7 faizi Almaniya, 1,3 faizi Küveyt, 1,1 faizi İtaliya, 1,0 faizi Gürcüstan, 0,8 faizi İran, 0,7 faizi Koreya Respublikası, 0,7 faizi Ukrayna, 23,6 faizi isə digər ölkələrin vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,9 faizi Bakıda, 5,6 faizi Qusarda, 5,6 faizi Naftalanda, 2,1 faizi Qəbələdə, 1,0 faizi Qubada, 3,8 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə keçirdiyi gecələmələrinin sayı 738,1 min olub ki, bu da ümumi gecələmələrin 40,8 faizini təşkil edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram