Bank Respublika-nın istehlak kreditləri portfeli 26 milyon manatdan çox artıb | Banco.az

Bank Respublika-nın istehlak kreditləri portfeli 26 milyon manatdan çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bank Respublika-nın kredit portfeli 30 iyun 2026-cı il tarixinə 1 milyard 701 milyon 623 min manat təşkil edib. 

Banco.az xəbər verir ki, bankın kredit portfeli 2025-ci ilin sonu ilə müqayisədə 47 milyon 993 min manat və ya 2,9% artıb.

Hesabat dövründə bankın istehlak kreditləri portfeli 395 milyon 228 min manat, biznes kreditləri portfeli 777 milyon 489 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 175 milyon 461 min manat təşkil edib. 

Bunlar 2025-ci ilin sonu ilə müqayisədə bankın istehlak kreditləri 26 milyon 296 min manat və ya 7,1%, daşınmaz əmlak kreditləri isə 6 milyon 114 min manat və ya 3,6% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram