Neftin qiyməti 5%-dən çox ucuzlaşıb | Banco.az

Neftin qiyməti 5%-dən çox ucuzlaşıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

ABŞ və İranın iki həftə davam edən qarşıdurmadan sonra həftəsonu qarşılıqlı hücumları dayandırması və münaqişənin diplomatik yollarla səngiyə biləcəyi ilə bağlı gözləntilərin artması neft qiymətlərinin ucuzlaşmasına səbəb olub.

Banco.az xəbər verir ki, Brent markalı neftin bir barelinin qiyməti 5,05% azalaraq 91,89 dollar, ABŞ xam nefti (WTI) isə 5,23% ucuzlaşaraq 84,64 dollar olub. 

Gərginliyin azalmasının Hörmüz boğazında gəmiçiliyin yenidən normallaşmasına şərait yaradacağı gözlənilir. Lakin həftəsonu boğazdan keçən əmtəə daşıyan gəmilərin gündəlik sayı 10-dan aşağı olub.

Analitiklər hesab edirlər ki, Hörmüz boğazında daşımaların bərpası yavaş və məhdud xarakter daşıya bilər. Sığorta və təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən bir çox gəmi operatoru hələ də ehtiyatlı davranır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram