Azərbaycan I yarımildə 1 milyard manata yaxın borc qaytarıb | Banco.az

Azərbaycan I yarımildə 1 milyard manata yaxın borc qaytarıb

Bu ilin I yarısında Azərbaycanda dövlət büdcəsi xərclərinin 5,6%-i və yaxud 944,8 milyon manatı dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.

Maliyyə Nazirliyinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,05% azdır.

Yarım il ərzində daxili dövlət borcu üzrə 275,9 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 668,9 milyon manat olmaqla (əsas borc üzrə 494,2 milyon manat, faiz borcu üzrə 174,7 milyon manat) ödənilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram