İş mühitində stressi aradan qaldırmaq üçün 10 üsul | Banco.az

İş mühitində stressi aradan qaldırmaq üçün 10 üsul

Yenə də, bazar günü və yenidən işə getmək gərəkdir. Məhz əksəriyyətimiz üçün həftə əvvəli stress və daim tələskənlik mühitində keçir. Amma müəyyən vərdişlərə yiyələnərək, bu xoşagəlməz “bazar günü” fobiyasını tədricən aradan qaldırmaq belə mümkündür. 

Etiraf edək ki, başqalarının hərəkətlərini və ya iş prosesini biz heç cür idarə edə bilmərik. Amma öz əhval-ruhiyyəmizi yaxşılığa doğru dəyişdirə bilərik. Şüurlu kommunikasiya üzrə mütəxəssis, amerikalı psixoloq Luiza Altman, bu məsələdə bizə, “diqqət təlimindən” istifadənin faydasının toxunacağını qeyd edir. 

Təlimin əsas mahiyyəti, olduğumuz zaman kəsiyində diqqətimizi “mühakimə” hissi olmadan - emosiya, hisslər və fikirlərə diqqət yetirməkdən ibarətdir.

“Hazırda mövcudluq “ kitabının yazarı amerikalı psixoloq Deniel Stern iddia edir ki, insanın subyektiv olaraq, mövcud olduğu zamanı anlayışının qəbulu 3 saniyədən 10 saniyəyə qədər davam edə bilir.

Diqqət təlimi, insana həyatda müxtəlif anlarda lazımlı ola bilər: depressiya, yuxusuzluq, düzgün qidalanmamaq və fobiyalarla, əməliyyat sonrası bərpa dövrü və ailə münasibətlərini yaxşılaşdırmaq üçün. Amma biz bu təlimin incəliklərini mənimsəyərək, hətta həyatın bütün anlarında da, ondan yararlana bilərik. Həmçinin zamanımız xeyli qismini keçirdiyimiz iş mühitində belə bu nəzəriyyəni tətbiq edə bilərik. Lakin, nəticəni özünü bir az gözlədəcək. Qətiyyətlə və mütəmadi olaraq çalışmağımız mütləqdir. Çünki, insan beyninin tənzimedici konturların əlverişli dəyişimə olan reaksiyası müəyyən zaman tələb edir.

Banco.az olaraq, sizlərə Luiza Altmanın məsləhət bildiyi qeydləri təqdim etmək istəyirik.

1.İlk növbədə özünüzə bu təlimə əməl etməyi, söz verin. 

Bu yolda ilk addımınız, özünüzü dərk etmək üçün öyrənmək və bilik almaq olacaq. Diqqət yetirmək – özü bir sənətdir. Proses zamanı, şəxsi emosiya, hisslərinizi və hərəkətlərinizi belə müşahidə edə biləcəksiniz. Lakin yuxarıda qeyd etdiyimiz kimi, heç nəyə qiymət verməyəcəksiniz. 

2. Ən sadəsindən başlayın. 

Özünüzə deyin. “Bu gün mən, bu kimi _____ hallara dərk edərək, yanaşacağam” – və gün ərzində öz diqqətinizi yalnız iş aspektinizə yönəldin.
İşdə olduğunuz müddətdə, mehribanlıq hissini duyurmağdan qaçmayın. Çünki, sizinlə birgə çalışan insanlar belə, təzyiq altında çalışır və onların da, dəstəyə ehtiyacı vardır. 

3. Gününüzü qısa diqqət təlimindən başlayın.

Ən sərfəli kredit üçün müraciət et

Budur gününüz artıq başladı. Oyandıqdan sonra, dərhal ayağa qalxaraq, işlərinizə baş vurmazdan öncə özünüzə bir neçə dəqiqə vaxt ayırın. Növbəti olaraq, əhval-ruhiyyəniz və gün ərzindəki hədəflərinizi müəyyənləşdirin. 

4. Yox əgər gününüzün,  tez bir anda başlanmasına meyillisinizsə, o zaman bunu dərk edərək edin.

Hətta qısa zaman kəsiyində, bir neçə məsələni belə həll etməlisinizsə, beyniniz bu yarışı idarə edəcək və siz gün ərzində enerjinizi qorumuş olacaqsınız. 

5. İşdə olduğunuz vaxt ərzində, çalışın həqiqətəndə sizinlə birgə çalışan insanlara qulaq yoldaşı olasınız.

Bu o deməkdir ki, unsiyyətdə olarkən, bütün enerjinizi həmsöhbətinizə tərəf yönəldərək, mövcud işlərinizi bir neçə müddətlik arxa plana keçirəsiniz. 

 

6. Başqalarının uğurlarına, çətinliklərinə və ehtiyaclarına diqqət etməyi unutmayın, xoş rəftar göstərməkdən qaçmayın. Daha öncə qeyd etdiyimiz kimi, iş yoldaşlarınız da, təzyiq altında çalışır və dəstəyə ehtiyacları var. 

7. Məktublardan, zənglərdən, bu və ya digər hadisələrdən hansı nəticəni gözləməyiniz haqqında düşünün. 

8. Səsləndirdiyiniz kəlmələrə, diqqət edin.

Çünki, həmkarlarınıza işinizin çoxluğu ilə bağlı şikayət edirsinizsə, beyniniz bunu, pis hadisə haqqında olan, xəbərdarlıq kimi qəbul edəcək.

9. Bir neçə dəqiqənizi, əldə etmək istədiyiniz nəticələrə sərf edin.

Mühüm görüş, zəng, ismarıcların vəd etdiyi gözləntilərinizi düşünün. Əksəriyyətimiz, hansı nəticəni izlədiyimizin və əsl niyyətlərimizin aydınlığına varmadan, dərhal hər hansı bir işin icrasına keçir. Amma uğurlu nəticənin əldə edilməsi üçün dərk edərək, addım atmaq önəmlidir. 

10. Günün sonunun müəyyən hissəsini, düşüncələrinizin analizinə ayırın.

Qeyd olunanlardan ən çətini “qiymətləndirmənin” istisnasıdır. Çünki düşünmək və mühakimə etmək fərqli anlayışlardır. Bu halda, qiymət vermədən, dərk etməyə çalışın. 

Heç kəs, diqqət təliminin asan olduğunu deyə bilməz. Lakin əllərimizi buraxmadan, əzmlə çalışaraq, hər gün yuxarıdakı qeydlərə əməl etsək, tədricən həyatımızın yaxşılığa doğru dəyişdiyini görə bilərik. 

Bəs əlimizdə belə əla fürsət varkən, onu niyə itirməliyik?

Ən sərfəli krediti almaq üçün müraciət et