ABŞ-da 40 hava limanı bağlanma səbəbindən tutumunu azaldıb | Banco.az

ABŞ-da 40 hava limanı bağlanma səbəbindən tutumunu azaldıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da 40 hava limanı bağlanma səbəbindən tutumunu azaldıb.

Banco.az xəbər verir ki, ABŞ-ın Nəqliyyat naziri Şon Daffi ölkənin Kentukki ştatında bir yük təyyarəsinin qalxışdan dərhal sonra qəzaya uğramasından sonra aviabiznesdə təhlükəsizliyi təmin etməyə yönəlmiş yeni tədbirləri elan edib.

Nazir bildirib ki, hadisə hava nəqliyyatına nəzarət (air traffic control) sistemi ilə bağlı olmayıb, qəzanın mexaniki nasazlıq səbəbindən baş verdiyi müəyyənləşdirilib.

Daffi həmçinin diqqətə çatdırıb ki, hökumətin fəaliyyətinin dayandırılması səbəbindən hava nəqliyyatına nəzarətçilərin və Nəqliyyat Nazirliyinin bir çox əməkdaşlarının maaşlarını ala bilmədiyini qeyd edib.

O bildirib ki, hava nəqliyyatı dispetçerləri oktyabr ayının əvvəlində yalnız qismən ödəniş alıblar, lakin ikinci ödənişlərini hələ də əldə etməyiblər. Bu səbəbdən bir çox əməkdaş maliyyə təzyiqləri üzündən əlavə işlərdə çalışmaq məcburiyyətində qalıb.

Daffi vurğulayıb ki, bu vəziyyət nəticəsində hava məkanında kadr çatışmazlığı, həmçinin uçuşlarda daha çox gecikmə və ləğv hallarının müşahidə edildiyini bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram