Asiyada rekord istehsal fonunda düyü qiymətləri ucuzlaşmağa davam edir | Banco.az

Asiyada rekord istehsal fonunda düyü qiymətləri ucuzlaşmağa davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Hindistandakı rekord səviyyəli istehsal və qlobal təklifin artması Asiyada düyü qiymətlərini son 10 ilin ən aşağı səviyyəsinə endirib. 

Banco.az xəbər verir ki, dünyanın ən böyük düyü idxalçıları arasında yer alan Filippin kimi ölkələr isə yerli istehsalçıları dəstəkləmək məqsədilə idxalı məhdudlaşdırdığından, qiymətlər üzərindəki təzyiq daha da artır.

“Olam Agri India” şirkətinin vitse-prezidenti Nitin Qupta xüsusilə Qərbi Afrikadakı bəzi ölkələrin 3–5 aylıq tüketime bərabər düyü ehtiyatına sahib olduğunu qeyd edərək, “Bazardakı təklif artıqlığı getdikcə böyüyür və bu da Asiyada qiymətlərin enməsinə səbəb olur,” – deyib.

Bloomberg-in məlumatına görə, ötən ay Asiyada göstərici düyü qiyməti son 10 ilin ən aşağı səviyyəsinə düşüb. Bu vəziyyət ev təsərrüfatlarının büdcələrinə müəyyən dərəcədə rahatlıq gətirsə də, Hindistandan Tailandadək bir çox istehsalçı fermerlərin gəlirlərinə mənfi təsir göstərir.

Dünyanın ən böyük düyü idxalçısı olan Filippin kənd təsərrüfatı sektorunu dəstəkləmək məqsədilə idxal qadağasını aprel ayınadək uzatmağı planlaşdırır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram