Avrozonada pərakəndə satışlar azalmaqda davam edir | Banco.az

Avrozonada pərakəndə satışlar azalmaqda davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın sentyabr ayına dair pərakəndə satış göstəricilərini açıqlayıb.

Banco.az xəbər verir ki, məlumata görə, Aİ-də pərakəndə satışlar sentyabr ayında avqustla müqayisədə dəyişməyib, illik müqayisədə isə 1,3 faiz artıb.

Avrozonada pərakəndə satışlar sentyabrda aylıq baxımdan 0,1 faiz azalıb, illik baxımdan isə 1 faiz artım qeydə alınıb.

Bazar gözləntisinə əsasən, Avrozonada pərakəndə satışların aylıq 0,2 faiz, illik isə 1 faiz artması proqnozlaşdırılırdı.

Aylıq müqayisədə pərakəndə satışlarda ən çox artım

  • Lüksemburq və Malta (1,7 faiz),

  • Estoniya (1,5 faiz),

  • Slovakiya (1,4 faiz)
    kimi ölkələrdə müşahidə olunub.

Ən böyük azalma isə

  • Litvada (1,1 faiz),

  • Latviyada və Sloveniyada (0,7 faiz),

  • İtaliyada (0,6 faiz) qeyd edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram