Müəllif: Gülnar Əhmədli, Banco.az
Rabitəbank-ın depozit portfeli cari ilin 30 sentyabr 2025-ci il tarixinə 792 milyon 913 min manat təşkil edib.
Banco.az xəbər verir ki, bankın depozit portfeli ötən ilin sonu ilə müqayisədə 115 milyon 694 min manat və ya 17,1% artıb.
Hesabat dövründə bankda fiziki şəxslərin depozitləri 550 milyon 855 min manat, hüquqi şəxslərin depozitləri isə 242 milyon 58 min manat təşkil edib.
2024-cü ilin sonu ilə müqayisədə fiziki şəxslərin depozitləri 88 milyon 901 min manat (19,2%), hüquqi şəxslərin depozitləri isə 26 milyon 794 min manat (12,4%) artıb.
Ötən ilin sonunda depozitlərin məbləği müvafiq olaraq 461 milyon 954 min manat və 215 milyon 264 min manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
