İranla əməkdaşlıq edən ölkələrə 25 faiz rüsum tətbiq etdi | Banco.az

İranla əməkdaşlıq edən ölkələrə 25 faiz rüsum tətbiq etdi

Müəllif:Mehin Qasımova,Banco.az

Tramp İranla ticarət edən ölkələrə əlavə tariflərin tətbiq edilməsinə icazə verən sərəncam imzalayıb.

Banco.az xəbər verir ki, Fərmana əsasən, İranla ticarət edən ölkələr ABŞ tərəfindən təyin ediləcək və onların məhsullarına 25%-ə qədər əlavə tariflər tətbiq olunacaq.

Qaydalar 7 fevral 2026-cı il tarixində qüvvəyə minəcək.

Ağ Ev tərəfindən yayımlanan sərəncamda bildirilir ki, İran hökumətinin hərəkətləri ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün "qeyri-adi və fövqəladə təhlükə" yaratmağa davam edir.

ABŞ Ticarət Nazirliyi, Dövlət Departamenti ilə məsləhətləşmələr apararaq, İrandan mal və ya xidmət alan ölkələri müəyyən edəcək.

Bu qiymətləndirmədən sonra Prezidentə sözügedən ölkələrdən gələn məhsullara gömrük rüsumlarının tətbiq edilib-edilməməsi və tətbiq olunacağı təqdirdə hansı dərəcədə tətbiq olunacağı barədə məlumat veriləcək.