İran və Rusiya bəyan ediblər ki, 2015-ci il nüvə sazişinin tərəfləri olan İngiltərə, Fransa və Almaniya BMT-nin Tehrana qarşı sanksiyalarını yenidən tətbiq etmək mexanizmini işlətmək səlahiyyətinə malik deyil.
Banco.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, xarici işlər naziri Abbas Arakçi rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı aparıb.
Görüşdə İranın nüvə proqramı və Avropa ölkələrinin BMT-nin İrana qarşı sanksiyalarını bərpa edə biləcək qondarma “snapback” tetik mexanizmini işə salmaq təhdidləri müzakirə edilib.
İki nazir nüvə sazişinin tərəfləri olan Avropa ölkələrinin nüvə sazişindən irəli gələn öhdəlikləri yerinə yetirmədiklərini vurğuladılar və ABŞ-ın nüvə obyektlərinə hücumu səbəbilə 2015-ci il nüvə sazişini dəstəkləyən 2231 saylı qətnaməni pozduqları üçün bu ölkələrin “snapback” mexanizmini işlətmək üçün hüquqi və mənəvi əsaslarının olmadığı fikrini bölüşdülər.
Böyük Britaniya, Fransa və Almaniyanın “snapback” mexanizmini ehtiva edən 2231 saylı qətnamənin ləğvi tarixinin uzadılması təklifinə toxunan İranın xarici işlər naziri Arakçi, müddətin uzadılması qərarının BMT Təhlükəsizlik Şurasının məsuliyyəti altında olduğunu düşündüyünü bildirib.
İki nazir İran və Rusiya arasında müxtəlif səviyyələrdə qarşılıqlı fəaliyyət və məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.