İpoteka kreditlərinin verilməsi üçün tələb olunan sənədlər - SİYAHI | Banco.az

İpoteka kreditlərinin verilməsi üçün tələb olunan sənədlər - SİYAHI

İpoteka kreditləri İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) vəsaiti hesabına və ya bankların daxili vəsaiti hesabına verilə bilər. İpoteka Fondu hesabında verilən kreditlər dövlət tərəfindən müəyyən edilən standart şərtlərə cavab verilməlidir. (İpoteka kreditlərini hansı şərtlərlə əldə edə bilərik?)

Bəs ipoteka kreditinin alınması üçün lazım olan sənədlər hansılardır? Məqalədə bu sualın cavabını tapa biləcəksiniz. 

İKZF-nin hesabına verilən kreditlər üçün lazım olan sənədlərin siyahısı belədir:

  1. Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti;
  2. Nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;
  3. Borcalanın (borcalanların) yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;
  4. Borcalanın (borcalanların) iş yerini və gəlirlərini təsdiq edən sənədlər;
  5. Şəxsin güzəştli kateqoriyaya aid olduğunu təsdiq edən sənəd (şəxs güzəştli kateqoriyaya aid olduqda).

Əgər borcalan (borcalanlar) fərdi sahibkar olarsa, bu zaman aşağıdakı sənədlər də lazımlı olacaq:

  1. Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surəti;
  2. Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi.

Qeyd: Tələb olunan sənədlər elektron sistem vasitəsilə, bu mümkün olmadıqda isə kağız daşıyıcılarda təqdim edilməlidir.

Ən sərfəli kredit üçün müraciət et

İpoteka kreditinin rəsmiləşdirilməsindən sonra təqdim olunmalı sənədlər isə bunlardır:

  1. İpoteka müqaviləsinin (Qarışıq müqavilə) əsli və onun dövlət qeydiyyatından keçməsini təsdiqləyən sənədlər, ipoteka kağızının elektron sistemindən çıxarış;
  2. Borcalanın (borcalanların) həyat və ipoteka predmetinin sığortalanmasının və sığorta haqqlarının ödənildiyini təsdiqləyən sənədlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et