“Forbes” Asiyanın ən zəngin sakininin adını açıqlayıb
“Alibaba Group” nəhəng elektron ticarət resursunun sahibi Jack Ma “Forbes”-ın Real Time Milyarderlər siyahısına əsasən Asiyanın ən zəngin adamlarının reytinqində liderliyi əldən verib.
“Tencent Holdings” telekommunikasiya şirkətinin rəhbəri Ma Huateng ilk dəfə reytinqdə birinci yerdə qərarlaşıb dünyanın isə 18-ci ən zəngin adamıdır.
Məlumata görə, Ma Huatengin sərvəti $36.8 mlrd. dollar təşkil edir, ötən gün onun sərvəti 677 milyon dollar artıb.
Jack Manın sərvəti isə 36,2 milyarddan isə $28.3 mlrd. dollara enib.