Tamara Mustafayeva, Banco.az
İlon Maskın sahib olduğu SpaceX şirkəti dünən axşam saatlarında tarixi bir hadisəyə imza atıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, şirkətin NASA kosmonavtları Doug Hurley və Bob Behnken-in göyərtəsində olduğu “Crew Dragon” kosmik gəmisini daşıyan Falcon 9 raketi Beynəlxalq Kosmik Stansiyaya doğru uçuşa keçib. "Demo-2" adlanan bu uçuşun uğurla həyata keçirilməsi şirkətin yaxın gələcəkdə kosmik turizm dövrünü başlatması üçün əsaslı addım hesab edilir. Xatırladaq ki, bu, SpaceX şirkətinin ikinci cəhdi idi, belə ki, çərşənbə günü həyata keçirilməsi planlaşdırılan uçuş hava şəraiti səbəbindən təxirə salınmışdı.
Onu da qeyd edək ki, şirkət daha əvvəl fərqli karqoların içərisində olduğu Falcon 9 və Falcon Heavy raketlərini orbitə göndərmişdi. Ancaq dünənki uçuşun reallaşması ilə SpaceX şirkəti dünya tarixində kosmosa göyərtəsində insan daşıyan kosmik raket göndərən və buna müvəffəqiyyətlə nail olan ilk özəl şirkət oldu.
Həmçinin oxu: İlon Mask haqqında bilmədiyiniz 10 maraqlı fakt
Bizi sosial şəbəkələrdən izləyin!!