İlon Mask haqqında bilmədiyiniz 10 maraqlı fakt | Banco.az

İlon Mask haqqında bilmədiyiniz 10 maraqlı fakt

İlon Mask hər ötən gün bizi təəccübləndirməyə davam edir. Mask bir çox istək və həvəsindən ilham alaraq bu gün elektrikli və sürücüsüz avtomobillər istehsal edən, özəl kosmik araşdırmalar həyata keçirən, Mars koloniyası, günəş enerjisi və süni intellektə dair layihələrə imza atan şirkətləri idarə edir. Bugünkü məqaləmizdə isə dünya şöhrətli sahibkar haqqında bu vaxta qədər eşitmədiyiniz maraqlı faktları sizinlə bölüşürük.

1. Valideynləri İlonun kar olduğundan şübhələnirlər.

Related image

Uşaq vaxtı ailəsi onunla danışdığı zaman İlonun fikri tez-tez uzaqlara gedərdi. Bu da ailəsinin Maskın eşitmə qüsuru ola biləcəyi ilə bağlı narahat olmasına səbəb oldu. Daha sonra isə Maskın əslində xəyallara daldığı anlaşıldı. Anası mövzu ilə bağlı belə deyir;

“Beyninə daxil olsanız, başqa bir dünyada olduğunu görərsiniz. Hazırda yeni bir roket və ya başqa bir cihaz dizayn elədiyini bildiyim üçün onu rahat buraxmışam.”

2. 1984 – cü ildə bir video oyunu hazırlayıb satır.

Image result for elon musk childhood photos

“Blaster” adını verdiyi bu oyunun mənbə kodunun bir jurnalda yayımlanması Maska 500 dollar qazandırdı. Oyunun məqsədi insanları öldürə biləcək silahlarla dolu bir kosmik gəmini məhv etmək idi. Mask 12 yaşında yazdığı bu oyun üçün belə deyir:

“Əhəmiyyətsiz və bəsit bir oyun olsa da, Flappy Bird – dən daha yaxşıdır”

3. Universitet illərində xərclərini qarşılamaq üçün şənliklər təşkil edir.

Image result for elon musk

Pensilvaniya Universitetində təhsil alarkən anadangəlmə bir yatırımçı ruhunun olduğunu göstərən Mask ev şənlikləri təşkil edərək kirayə pulunu qarşılayırdı.

4. Stenford Universitetini qeydiyyatdan 2 gün sonra tərk edir.

1995 – ci ildə Stenford Universitetinə Fizika fakültəsində təhsil almaq üçün qeydiyyatdan keçmişdi. Ancaq iki gün ərzində internetin cəmiyyəti dəyişdirmək üçün daha böyük bir gücə sahib olduğuna qərar verən Mask “Zip2” – ni qurmaq üçün universiteti tərk etdi. 1999 – cu ilə qədər fəaliyyətini davam etdirən Zip2 internet qəzetlərini bələdçi və xəritə ilə təmin edən bir şirkət idi.

5. 5 oğlu var.

Image result for elon musk`s children

Maskın keçmiş həyat yoldaşı Justine Wilson – la olan evliyindən 5 oğlu var. Əkizləri Griffin və Xavier 2004 – cü ildə, üçəmləri Damian, Saxon və Kai isə 2006 – cı ildə dünyaya gəliblər. 2002 – ci ildə doğulan Nevada adlı oğulları isə təəssüf ki, 10 həftəlik ikən vəfat etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

6. Tony Stark – ın əsli desək, yalan olmaz.

Image result for tony stark

Mask “Dəmir Adam” (Iron Man) filmində Robert Downey tərəfindən canlandırılan Tony Stark obrazının ilham mənbəyi idi. 2007 – ci ildə Downey Mask ilə birlikdə SpaceX mərkəzini gəzir. Film yayımlandığı zaman rejissor Jon Favreau Maskın Tony Stark obrazına ilham olduğunu söyləmişdi. Hətta Mask “Dəmir Adam 2” (Iron Man 2) – də epizodik bir rol da ifa etmişdi.

7. Bir dəfə müflis olmağın astanasına qədər gəlir.

2008 – ci ildə böyük böhran və həyat yoldaşı Wilson-dan boşanmağın bahalı bədəli səbəbilə Mask çətin günlər yaşamağa başladı. Dostlarından aldığı borcla yaşamağa çalışan Mask sonuncu 35 milyon dollarını Teslaya sərf elədi. Forbes jurnalına görə, Tesla hazırda 33.4 milyard dollardan çox dəyərə sahibdir.

8. James Bond maşınlarıdan birinə sahibdir.

Image result for james bond cars in elon musk

2013 – cü ildə Mask bir hərrac zamanı 866 min dollara 1977 – ci ildə çəkilən James Bond filmi “Məni sevən casus” – dakı dənizaltı avtomobilini satın aldı. Əslində isə dənizaltına çevrilmədiyini öyrəndiyi zaman böyük məyusluq hissi keçirdiyini söyləyən Mask Tesla şirkətinin elektrik ötürülməsi yolu ilə avtomobili təkmilləşdirməyə və reallaşdırmağa çalışdığını söyləyir.

9. Marsa atom bombası göndərməyi təklif edir.

2015 – ci ildə Stephen Colbert ilə “Late” Şousuna qatılan Mask “Mars koloniyaları” ilə bağlı fikirlərini açıqladı. Marsı nə olursa olsun dünyaya bənzər bir planetə çevirəcəyindən bəhs edən Mask planetin bir az isidilməsinə ehtiyac olduğunu vurğulayıb.

“Buna nail olmağın sürətli və yavaş üsulları var. Sürətli üsul planetin qütblərinə termonüvə silahlarının yerləşdirilməsindən ibarətdir. Beləliklə də, nüvə fizyonu ilə Marsa yaxın 2 günəş yaratmaq mümkün olacaq.”

10. Uğurunun sirri duş qəbul etməkdir.

“Həyatında ən pozitiv təsir yaratdığına inandığın gündəlik vərdişin nədir” sualına meditasiya, erkən oyanmaq kimi şablon cavablar əvəzinə o, “duş qəbul etmək” cavabını vermişdi.

Həmçinin oxu: Vəzifəsindən uzaqlaşdırılan İlon Maskın yaşadığı məyusluqlar

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç