İdxal-ixrac əməliyyatları və gömrük rüsumları haqqında qərarlara dəyişiklik edildı | Banco.az

İdxal-ixrac əməliyyatları və gömrük rüsumları haqqında qərarlara dəyişiklik edildı

Nazirlər Kabineti idxal-ixrac əməliyyatları və gömrük rüsumları haqqında qərarlarına dəyişiklik edib.

Nazirlər Kabineti «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında» 1998-ci il 22 aprel tarixli 91 nömrəli və «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında» 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarında dəyişiklik edilməsi barədə» 2018-ci il 30 aprel tarixli 181 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında qərarlarına dəyişiklik edib.

Qərara əsasən, 91 saylı qərarın 4.30-cu bəndinə «zavodlarının» sözündən sonra «(xam neft üzrə illik emal gücü 3 milyon tondan az olmayan)» sözləri əlavə edilib.

Xatırladaq ki, 4-cü bənddə  gömrük idxal rüsumuna cəlb olunmayan mallar sadalanırdı. 4.30- bəndinin əvvəlki vəziyyətinə görə, Azərbaycan Energetika Nazirliyinin təsdiqedici sənədlərinə əsasən, iri neft emalı zavodlarının yenidən qurulması layihələri çərçivəsində ölkəyə gətirilən avadanlıqlar və materiallar idxal rüsumundan azad edilirdi. Dəyişiklikdən sonra isə bu güzəşt yalnız o zavodlara aid olacaq ki, illik emal gücü 3 milyon tondan az olmasın. Emal gücü bu rəqəmdən az olan zavodlara həmin güzəşt şamil edilməyəcək.

Həmin qərara edilən digər dəyişiklik isə koronavirus vaksinlərinə aiddir. Belə ki, qərara 4.31-ci bənd əlavə edilib. Həmin bənddə deyilir ki, Səhiyyə Nazirliyinin təsdiqedici sənədi əsasında yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxalı - 2021-ci il yanvarın 1-dən 2 il müddətinə idxal rüsumundan azad edilir.

Bundan başqa, Nazirlər Kabineti idxal və ixrac gömrük rüsumları ilə bağlı özünün 471 saylı qərarının da müddətini daha 2 il uzadıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram