İdarəçilər üçün uğur strategiyaları (II) | Banco.az

İdarəçilər üçün uğur strategiyaları (II)

Ötən məqalədə CCL-in (Center for Creative Leadership) təxminən 15 il davam edən bir araşdırmasından söhbət açdım. CCL işində təməl olaraq üstün performans göstərən yüksək səviyyəli idarəçilərlə "enişə keçən" və ya inkişafını dayandırmış idarəçiləri müqayisə etdi.

Məqsəd; idarəçilərin üst səviyyə mövqelərə çata bilmək və bu rolu müvəffəqiyyətlə davam etdirə bilmək üçün nəyə ehtiyacları olduğunu bilmək idi.

Araşdırmada "enişə keçən" idarəçinin, enişə keçməmişdən qabaq karyerasında irəliləmək üçün yüksək potensiala, performansa və möhkəm bir liderlik mövqeyinə sahib olduğu görülür.

"Enişə keçən" idarəçilərə beş təməl xüsusiyyət ortaya çıxır: 

1. İnsanlarla əlaqələrində problem yaşayırlar 

2. İstedadlı insanları qruplarında yığa bilmirlər və qruplarını yaxşı idarə edə bilmirlər 

3. İş hədəflərinə çatmaqda müvəffəqiyyətli ola bilmirlər 

4. Dəyişə bilmirlər ya da bunu istəmirlər 

Hər hansı bir texniki vəzifədən, idarəçi vəzifəsinə keçən hər rəhbər, bu və ya digər şəkildə yuxarıda qeyd etdiyimiz problemlərdən birini yaşayır. "Enişə keçmənin" qarşısını almaq üçün aşağıdakıları etmək lazımdır:

Ən sərfəli kredit üçün müraciət et

 - Uğurlu əlaqələr qura bilmək

 -  Yaxşı idarəçilik

 - Hədəf yönümlülük

 - Dəyişikliklərə açıqlıq

Çalışdığı insanlarla əlaqə qura bilmə bacarığı müvəffəqiyyətli idarəçilərlə "enişə keçənləri" qəti şəkildə bir-birindən ayırır. "Enişə keçənlərin" ortaq tərəfi əlaqə qura bilmə bacarıqlarının olmamasıdır. Onlar üçün adətən deyilən sözlər: Laqeyd, özündən razı, insanlardan istifadə edən.

Əlaqələri möhkəmləndirmək çox önəmlidir. Artıq yaxşı münasibətlər qura bilmirsinizsə, vərdişlərinizi dəyişin. Vərdişləri dəyişmək çətin ola bilər, amma mümkünsüz deyil. İlk öncə bilməliyik ki; "Şəxsiyyətiniz" yox, vərdişləriniz dəyişəcək. Başqa cür desək; dəyişmək demək, yeni bacarıqlar qazanmaq deməkdir.

İlk addım: "Nəsə yolunda getmir, nəyisə dəyişdirmək lazımdır" deyə bilmək çox əhəmiyyətlidir. Nədənsə əmin ola bilmirsinizsə ətrafınızdakı insanlara qulaq asın.

İkinci addım: Öyrənməkdən çəkinmm və iki şeyi unutma:

1. Əgər bir problem aşıla bilinməyəcək qədər böyükdürsə onu hissələrə böl.

2. Öyrəndiklərini həmişə təkrar elə...

Bu iki şey sizin qurduğunuz əlaqələrdə sizə olduqca kömək edəcək.

Güneül Abduraxmanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et