Müəllif:Ayşən İmanova/Banco.az
Hindistanın ən böyük biznes imperiyası “Reliance Industries”in sahibi olan milyarder Mukeş Ambaninin ailəsinin sərvəti 25,7 trilyon rupiyə (385,5 milyard dollar) çatır ki, bu da Cənubi Asiya respublikasının ÜDM-nin 10 faizinə bərabərdir.
Banco.az xəbər verir ki, bu barədə “Hindustan Times” “Barclays-Hurun India Bank”ın hesabatına istinadən məlumat yayıb.
Dünya Bankının məlumatına görə, 2023-cü ildə Hindistanın nominal ÜDM-i 3,549 trilyon dollar təşkil edib ki, bu da alıcılıq qabiliyyəti pariteti baxımından 14,537 trilyon dollar deməkdir.
Bildirilir ki, reytinqlər şirkətin 20 Mart tarixinə olan qiymətləndirmələrinə əsaslanır və özəl kapital və likvid aktivləri əhatə etmir.
Ambanidən sonra ikinci yerdə 7,13 trilyon rupi (80 milyard dollardan çox) sərvətlə avtomobil istehsalı ilə məşğul olan Nirac Bacacın ailəsi qərarlaşıb.
Daha sonra mədənçilik, sement istehsalı və maliyyə xidmətləri ilə məşğul olan Kumar Birla ailəsi gəlir. Onların sərvəti 5,39 trilyon rupi (təxminən 60 milyard dollar) səviyyəsində qiymətləndirilir.
Ümumilikdə Hindistanın üç ən zəngin ailəsinin aktivləri 460 milyard dollar qiymətləndirilir ki, bu da Sinqapurun ÜDM-inə bərabərdir.
Bizi sosial şəbəkələrdən izləyin!!